Zəlzələ Hatayda tarixi yerləri məhv etdi: 14 əsrlik məscid dağıldı – FOTO/VİDEO
Episentri Kahramanmaraş olan və 10 vilayətə təsir edən 7,7 bal gücündə zəlzələ Türkiyədə bir sıra tarixi abidələri də viran qoyub. Bunlardan biri Hatayda tarixi 7-ci əsrə bağlı olan və Anadoluda ilk ibadət ocağı sayılan qədim Həbibi Nəccar məscididir.
Bundan başqa, 14 əsrlik məscidin həyətində yerləşən 19-cu əsrə aid tarixi Yeni Hamam da yerlə bir olub.
Media1.az-ın məlumatına görə, sosial şəbəkələrdə həmin ərazilərin drondan çəkilmiş görüntüsü yayılıb.https://baku.tv/embed/72601