22 Dekabr 2024

Zelenski Türkiyənin silah istehsalçıları ilə görüşəcək

Ukrayna prezidenti Vladimir Zelenski Türkiyəyə səfəri zamanı silah istehsalı ilə məşğul olan şirkətlərin nümayəndələri ilə görüşməyi planlaşdırır.

Bu barədə dövlət başçısının aparatı məlumat yayıb.

Prezident Aparatının Telegram kanalında yayılan məlumatda bildirilir ki, “səfər zamanı müdafiə-sənaye sahəsində birgə layihələrə xüsusi diqqət yetiriləcək”: “Vladimir Zelenski Ukrayna Hərbi Dəniz Qüvvələri üçün korvetlərin tikildiyi gəmiqayırma zavodlarına baş çəkəcək və Türkiyənin müdafiə şirkətlərinin nümayəndələri ilə görüşəcək”.

Martın 7-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ofisi bəyan edib ki, Zelenskinin səfəri zamanı “Ukrayna və Rusiya arasında davam edən müharibənin gedişi, taxıl dəhlizi üzrə sazişin icrasının davam etdirilməsi mövzusunda təmaslarla bağlı son vəziyyət ətraflı müzakirə olunacaq”.

Bundan əlavə, münaqişənin həlli yolları və “regionda davamlı sülhə” gətirib çıxara biləcək həll yolları barədə fikir mübadiləsi də planlaşdırılır.

Qeyd edək ki, Türkiyə və Ukrayna prezidentlərinin əvvəlki görüşü 2023-cü il iyulun 7-də baş tutub.