Zelenski ABŞ-yə təşəkkür etdi – FOTO
Ukrayna prezidenti Volodimir Zelenski ABŞ Nümayəndələr Palatasına Ukraynaya təqribən 61 milyard dollar yardımı nəzərdə tutan qanun layihəsini təsdiq etdiyinə görə təşəkkür edib.
Musavat.com xəbər verir ki, Ukrayna dövlət başçısı bu barədə özünün “X” hesabında yazıb.
“Mən ABŞ Nümayəndələr Palatasına, hər iki partiyaya (Demokratlar və Respublikaçılar – red.) və şəxsən spiker Mayk Consona minnətdaram. Amerika demokratiya və azadlığı müdafiə etdiyi müddətdə heç vaxt uğursuz olmayacaq”, – Zelenski əlavə edib.