23 Dekabr 2024

“Yuventus” Ronaldunun komandadan gedəcəyi barədə xəbərlərə aydınlıq gətirdi

İtaliyanın “Yuventus” futbol komandasının baş məşqçisi Andrea Pirlo hücumçu Kriştianu Ronaldunun mümkün gedişi haqqında suala cavab verib.

“Report”un məlumatına görə, bu barədə “Marca” bildirib.

Baş məşqçi bu barədə məlumatların şayiə olduğunu qeyd edib.

“…Şayiələrə gəlincə, bu, normaldır. O, (Kriştuanu Ronaldu – red) Messi ilə yanaşı, dünyada ən əhəmiyyətli oyunçudur. O, Çempionlar Liqasında əla oynayırdı və öz cəsurluğunu göstərirdi”, – mütəxəssis deyib.

Qeyd edək ki, portuqaliyalı futbolçu cari mövsümdə 32 matç keçirib və 27 qol vurub.

Daha əvvəl bildirilirdi ki, “Yuventus” Ronaldunu 60 milyon avroya satmağa hazırdır. Məlumata görə, “Yuventus”un 36 yaşlı forvarda illik 31 milyon avro ödəyə bilməyib. Əsas namizəd isə Fransa PSJ-sidir.