22 Dekabr 2024

Yunan mediası: “Odessada Zelenskinin kortejinə raket zərbəsi endirilib”

Yunan mediası iddia edir ki, Ukrayna prezidenti Vladimir Zelenskinin korteji Odessada raket zərbəsi ilə vurulub.

Musavat.com xəbər verir ki, bu barədə “Prototema” qəzeti yazır.

Nəşr bildirir ki, zərbə kortej Zelenski və Yunanıstanın baş naziri Kiriakos Mitsotakisin oturduğu avtomobilin yanından keçərkən vurulub.

Qəzet partlayışın iki nümayəndə heyətinin ehtimal edilən görüş yerinin 150 metrliyində baş verdiyini bildirib.

Qeyd edək ki, Ukrayna mənbələri hələlik bu xəbərə münasibət bildirməyib. Bununla belə, Odessanın raketlə vurulması faktı etiraf edilib.