Yevlaxda Ümummilli Liderin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Mini futbol üzrə rayon turniri keçirilir.
04.05.2022-ci il tarixdə Yevlax Şəhər İcra Hakimiyyətinin, YAP Yevlax rayon təşkilatının, Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş Mini futbol üzrə rayon turnirinə start verilib.
Əvvəlcə tədbirdə Dövlət Himni səsləndirilib. Mini futbol turniri rayonda fəaliyyət göstərən təşkilat və müəssisələri təmsil edən 8 komandanın iştirakı ilə keçirilir.
Tədbiri giriş sözü ilə açan Yevlax şəhər Gənclər və İdman İdarəsinin rəisi Rəşad Bəhmənli Ulu Öndərin zəngin və möhtəşəm dövlətçilik fəaliyyətindəki gənclər siyasətindən danışıb, ölkəmizdə idmana göstərilən dövlət qayğısının prioritet təşkil etdiyini vurğuladı.Azərbaycan irimiqyaslı turnirlərə yüksək səviyyədə ev sahibliyi edir, paytaxt ilə yanaşı, bölgələrdə də beynəlxalq standartlara cavab verən idman infrastrukturu yaradılmışdır. Turnir iştirakçılarına uğurlar arzulayan Gənclər və İdman idarəsinin rəisi idman yarışlarının yaxın gələcəkdə işğaldan azad olunmuş ərazilərdə də keçiriləcəyinə əminliyini ifadə edib.
Sonra tədbirdə çıxış edən YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev müasir Azərbaycanın qurucusu Ümummilli Lider Heydər Əliyevin həyatından və Azərbaycan naminə olan misilsiz siyasi fəaliyyətindən geniş bəhs edərək bildirdi ki, hazırda Azərbaycanda futbola dövlət səviyyəsində böyük dəstək var və Ümummilli Lider Heydər Əliyevin xatirəsinə təşkil olunan turnir də bunun növbəti sübutudur.İdmançılara uğurlar arzulayan sədr sonda qeyd etdi ki, Azərbaycanda idman ən yüksək səviyyədədir və birmənalı olaraq idman siyasətimiz gənclərimizin sağlamlığına və onların öz asudə vaxtlarını səmərəli keçirməsinə xidmət edir.
Tədbirdə çıxış edən Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Hümbət Əhmədov qeyd etdi ki, Ümummilli lider Heydər Əliyevin gənclər siyasəti əsrlər boyu xalqımızın malik olduğu milli-mənəvi dəyərlər əsasında, müstəqillik, dövlətçilik, azadlıq və onların qorunması uğrunda mübariz ruhlu gənc nəslin yetişdirilməsindən ibarət olub.Sevindirici haldır ki,idmançılarımız beynəlxalq yarışlarda nailiyyətlər qazanmaqla Azərbaycanın bayrağını daim yüksəklərdə dalğalandırırlar.
Ümummili Liderin xatirəsinə həsr olunan Mini futbol turniri 3 gün davam edəcək və sonda qalib gələn komandaya kubok və pul mükafatı təqdim olunacaq.