Yevlaxda süpürgəçi qadınları avtomobil vurub, ölən var

Yevlaxda süpürgəçi işləyən iki qadını avtomobil vurub, onlardan biri ölüb.
“Report”un məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi küçəsində qeydə alınıb.
Onlardan biri – 1974-cü il təvəllüdlü Əsgərova Səbinə Rafiq qızı hadisə yerində dünyasını dəyişib.
Digər qadın ağır bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.