21 Noyabr 2024

“Yevlaxa kimi gedəcəyik” deyən ermənilər Yevlaxa ağ bayraqla gəldilər

 1920-ci ildə 11-ci Qızıl Ordu Azərbaycanı işğal etdi. Bolşeviklər heç vaxt dövlət və dövlətçilik ənənəsi olmayan ermənilərə bu dəfə mükafat kimi ata-baba yurdumuzda, Qərbi Azərbaycanda vassal dövləti qurmağa şərait yaratdı. Bu saxtakar toplum bununla da kifayətlənmədi. Qarabağın dağlıq hissəsin Ermənistana birləşdirmək məsələsini ortaya atdı. Sovet ideologiyasına inanan bəzi bolşeviklər Qarabağın dağlıq hissəsinin ermənistana verilməsinə razı idi. Nəriman Nərimanov başda olmaqla digərləri buna qəti yox dedilər. Nəticədə, 1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı. Beləliklə, sovet imperiyası gələcəkdə Azərbaycan üçün təzyiq mexanizmi olan separatçıların bünovrəsini qoydu. Tarixən torpaqlarımızda ayaq izi olmayan bu murdar toplum burada kök salmaq niyyətinə düşdülər. Yalançı tarixlər uydurmağa başlayaraq, tarixi abidələrimizi də öz adlarına çıxdılar. SSSR-in bəzi yerlərindən, xarici ölkələrdən ac-yalavac ermənilərin bu torpaqlara köçürləsinə başlanıldı. Sovet xalqları adı altında 20 mindən çox erməni Qarabağa köçürüldü.

  Xankəndinin adı dəyişdirilərək 31 martda Bakıda soyqırım törədərək əlini minlərlə azərbaycanlının qanına batıran Stepan Şaumuyanın adı verildi. Bütün bunarın fonunda 1948-ci ildən 50-ci ilin əvvəllərinə kimi   Qərbi Azərbaycandan 100 minən çox soydaşımız zorla çıxarıldı. Onlar sovet Azərbaycanına deportasiya edildilər. 1969-cı ilin əvvəllərinə   Azərbaycan SSR 1.katıb seçildikdən  sonra   Azərbaycanlılar vilayətdə yüksək vəzifə tutmağa başladılar. Xankəndi şəhərində ana dilimizdə məktəblər açıldı. Vilayətin digər yerlərində də azərbaycanlılar üçün yeni məktəblər inşa olunurdu. Ən böyük uğurlardan biri isə vilayətın mərkəzində Xankəndi Pedoqoji İnstitutunun açılması oldu. Bir çox tarixi adlar yenidən bərpa olundu. Xankəndi Pedoqoji İnstitutunun açılması Qarabağın ətraf rayonlarından olan gənclərin də ali təhsil almasında böyük rol oynadı. 80-ci illərin əvvəllərində ulu öndər Heydar Əliyev daha böyük vəzifəyə təyinat aldı. SSRİ nazirlər soveti sədrinin 1-ci müavini təyin olunduqdan sonra separatçı ermənilər öz qınlarına çəkildilər. Günü-gündən vilayətdə azərbaycanlıların sayı artdı. Həyat şəraytı yaxşlaşdı ermənilər  . anlayırdılar ki, ulu öndər nə vaxta qədər Moskvada rəhbər vəzifədədi, onlar Qarabağı Ermənistana birləşdirmək məsələsini  qaldıra bilmıyəcəklər 1987-ci il ildə ulu öndər səhhəti ilə bağlı vəzifəsindən istefa verdi. Bundan sonra Azərbaycanın qara günləri başladı. 1988-ci ildə ermənilər Qarabağı Ermənistana birləşdirmək məsələsini qaldırdılar. Cəmi 2 il sonra bəşəri cinayətlərdən biri-20 Yanvar qırğını baş verdi. 70 il bir yerdə yaşadığımız imperiya iç üzüzün göstərdi. SSRİ öz vətəndaşlarını gülləbaran elədi. Sovet ordusunun Bakıya və Azərbaycanın digər rayonlarına hücumu nəticəsində 131 nəfər həlak oldu, 744 nəfər yaralandı, 4 nəfər itkin düşdü, 400 nəfər isə həbs edildi. Qanlı hadisə zamanı Azərbaycan SSRİ-yə rəhbərlik edənlərin susduğu bir vaxta imperiyanın mərkəzində, Moskvada ulu öndər Azərbaycan nümayəndəliyinə gəldi. Oraya axışan soydaşlarımızla görüşərək çəkinmədən SSRİ rəhbərliyinə açıq sərt etirazını bildirməklə yanaşı kommunist partiyasının üzvlüyündən çıxdığını elan etdi. Cinayətkarların cəzalanmalı və qanun qarşısında cavab verməli olduğunu bildirdi. Qatil ölkədə yaşamaq istəmədiyindən xalqının yanında olmaq üçün bu ağır vaxtda ata-baba yurduna-Naxçıvana qayıtdı. Naxçıvanlılar onu yüksək səviyyədə qarşıladı. Cənab prezidentimiz İlham Əliyevin söylədiyi kimi Azərbaycan cəmi 6 il ulu öndər Heydər Əliyevsiz qaldı. Xalqımızın başına çox müsibətlər gəldi. Onun 2-ci dəfə siyasi rəhbərliyə qayıtması xalqımızı, dövlətimizi xilas etdi. İndi isə Azərbaycanın Heydər Əliyevsiz günlərini yada salmaq istəyirəm. Ölkəmizı yiyəsiz, arxasız görən tarixi düşmənimiz olan ermənilər ölkəyə rəhbərlik edənlərin acizliyindən istifadə edərək 1988-ci ildə havadarlarının xeyir-duası ilə İrəvana gəlmiş daşnakların köməyi ilə DQMV-da etiraz aksiyasına başladılar. Yuxarı Qarabağı Ermənistana birləşdirmək məsələsini qaldırdılar. Tezliklə orada yaşayan soydaşlarımız təzyiq və təhqirlərə məruz qaldı. Separatçılar onları Xankəndidən qovmağa başladılar. Vilayətdə yaşayan azərbaycanlıların kəndlərinə elektrik enerjisinin verilişi dayandırıldı. Ölkəmizə rəhbərlik edənlər isə susdu. İnsanlar çətin vəziyyətə düşdü. Əlləri hər yerdən üzülən DQMV-ım azərbaycanlı sakinləri Ağdama üz tutaraq kömək istədilər. 1988-ci ilin fevralında Ağdam camaatın səbri daşdı. 1000-ə sakin DQMV-ya dinc yürüş edərək etirazlarını bildirdilər. Əsgəran qəsəbəsinin yaxınlığında sovet ordusu və milis işçiləri onların qarşısını kəsdi.  Onların arxasında gizlənən separatçılar dinc, silahsız sakinləri atəşə tutdular. 2 Ağdamlı gənc şəhid oldu. Bu hadisə bütün azərbaycanlıların qəzəbinə səbəb oldu. Bakıda etiraz aksiyası başlandı. 200 min soydaşımız Ermənistandan, öz ata-baba yurdundan qovuldu. Mərkəzi komitə yenə də susdu. Cəmi 2 ildən sonra əvvəl qeyd etdiyim 20 Yanvar faciəsi baş verdi. 1991-ci ildə Azərbaycan müstəqilliyini elan etdi. Ən böyük dəstəkçisi ulu öndər oldu. Amma, ölkəni idarə edənlər onun nüfuzundan qorxaraq dahi insandan məsləhət almaq əvəzinə ona təzyiqlər etmək istədilər. DQMV Azərbaycan qanunların tabe olmadı. Münaqişə ağır silahlara keçdi. Ermənilər rusların köməyi ilə bəşəriyyətin ağır faciələrindən biri olan Xocalı soyqırımını törətdilər. O vaxtı ölkəni idərə edənlərin səriştəsizliyi ucbatından ermənilər rusların köməyi ilə torpaqlarımızı işğal etməyə başladı. Düşmənə qarşı döyüşənlər isə könüllü batalyonlar, polislər və təzə yaranmağa başlayan milli ordu idi. Amma, ordunun başında duran hərbidən anlayışı olmayan, ordunu siyasətə qatan adam dayamışdı. Əsgərlər bilmirdi torpağı qorusun yoxsa, hakimiyyət və vəzifə uğrunda mübarizə aparanları. Bəzi hərbi hissələr rəhbərliyə tabe olmurdu. Öz komandirləri nə əmir eləsə onu yerinə yetirirdi.  Özbaşınalıq hökum sürürdü. Ordunun yarısı ön cəbhədə canından keçsə də digərləri arxa cəbhədə-rayon və şəhərlərdə əllərində silah dolaşırdı. Orduya aid olmayan hərəkətlər edir soyğunçluq törədirdilər. İstənilən adamı vəzifəyə qoyur və azad edirdilər. İnsanlar küçələrə, meydanlara çıxmağa qorxurdu.   Xalqla ordu arasında bağ itirdi.  Bakıda oturan ölkə rəhbəri idarəetməni itirmişdi. Ölkənin bir neçə yerə parçalanması etimalı artırdı. Ölkənin qərbində və cənubunda silahlı qarşıdurmalar baş verirdi. Nəticədə, xalq döyüş meydanında, Qarabağda köməksiz qalmışdı. Ölkədə xaos hökm sürürdü. Bundan istifadə edən ermənilər DQMV-nın ətrafındakı 7 rayonu işğal elədi. Ölkə müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qaldı. Xalqın ümidi ulu öndər Heydər Əliyevə idi. Xalqı bu bəladan ancaq dahi lider qurtara bilərdi. Xalqımızın tələbi bu idi. Nəhayət, hakimiyyətdə olanlar, ölkəni idarə edənlər gec də olsa başa düşdülər ki, nicat yolu budu. Yoxsa onların da aqibətinin sonu pis olacaq. Xalq onları bağışlamayacaq. Tezliklə Heydər Əliyevi Bakıya dəvət etdilər. Ölkə prezideti Əbülfəz Elçibəy gözlənilmədiyi halda Naxçıvana, öz doğulduğu kəndinə qaçdı. Ölkə rəhbərsiz qaldı. Belə olan halda ulu öndər bütün məsulliyəti öz üzərinə götürdü. Xalqın etimatı ilə ölkə rəhbəri seçildi. Sonra tezliklə ordu quruculuğuna başladı. Silahlı dəstələr tərksilah edildi. Dırnaqarası liderlər həbs olundu. Ölkənin parçalanmasının qarşısı alındı.  Vətəndaş müharibəsinin başlanmasına imkan verilmədi. Ulu öndər bütün gücünü bu gənc ölkənin rifahına sərf elədi. Onun güclü iradəsi hesabına 1994-cü ildə cəbhənin Füzuli istiqamətində uğurlu döyüş əməliyyatı keçirildi. Füzuli rayonunun 22 yaşayış məntəqəsi və Horadiz qəsəbəsi, Cəbrayıl rayonunun isə Cocuq Mərcanlı kəndi düşməndən geri alındı. Düşmənin 1000-dən çox  canlı qüvvəsi və 100-dən artıq hərbi texnikası sıradan çıxarıldı. Düşmən qorxuya düşərək atəşkəs elan olunması ilə razılaşdı.  Ölkəni tezliklə inkişaf etdirmək, güclü ordu qurmaq üçün ulu öndər Heydər Əliyev siyasi iradəsini ortaya qoymuşdu. Əsrin müqaviləsi imzalandı. Ölkə sürətlə inkişaf yolunu tutdu. İnsanların azad yaşaması üçün sabitlik yaradıldı. Hər sahədə olduğu kimi hərbi təhsil almaq üçün gənclər xaricdə təhsil almağa göndərildi. Ulu öndərin xarici siyasəti nəticəsində 1996-cı ildə Portuqaliyanın Lissabon şəhərində dövlətlər Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi haqqında bəyannaməni qəbul etdilər. Bu qətnamə qələbəyə gedən yolun bünövrəsi idi. Ölkə dinamik inkişaf yoluna qədəm qoydu. İş yerləri açılmaqla bərabər insanların həyat şəraiti də yaxşılaşmağa başladı. Ölkədə sabitlik yarandı. Quruculuq-abadlıq işlərinə start verildi. Bəzi şəhər və rayonlarda məcburi köçkünlər üçün yeni qəsəbələr salındı. Çətin şəraitdə yaşayan məcburi köçkünlər yeni mənzillərlə təmin edildi.  2003-cü ildə xalqımıza ağır itki üz verdi. Ulu öndər Heydər Əliyev dünyasını dəyişdi. Azərbaycan xalqı ulu öndərin davamçısı İlham Əliyevi prezident seçdi. Tarixə 21-ci əsrin sərkərdəsi kimi düşən Prezident İlham Əliyev ulu öndərin məktəbini keçmişdi. Tezliklə yeni dönən başladı. Ölkədə inkişaf tempi sürətləndi. Hər sahədə olduğu kimi güclü, müasir ordunun yaradılmasına, müasir silahların alınmasına başlanıldı. Məcburi köçkünlərin həyat şəraitini yaxşılaşdırmaq məqsədi ilə yeni və müasir qəsəbələr salındı. Prezident İlham Əiiyev heç vaxt onları tək qoymadı. Hər doğum gününü onlarla qeyd etdi. Bununla bərabər “tezliklə torpaqlar azad olunacaq, siz doğma yurdunuza qayıdacaqısnız” deməklə ermənilərə mesaj da verdi. “Mən sülh tərəfdarıyam əgər siz bunu istiyirsinizsə, torpaqlarımızdan çıxın, yoxsa sizinlə silahla, güc yolu ilə danışacağıq” desə də ermənilər bundan nəticə çıxarmadılar. Bir az da azğınlaşaraq bu dəfə Azərbaycan-Ermənistan dövlət sərhədində təxribat törətməyə başladılar. Tovuz istqimətində atəşkəsi pozdular. Bakı-Tbilisi-Ceyhan neft kəmərini zədələmək istədilər. Amma güclu ordumuzun səyi nəticəsində düşmən ağır zərbə alaraq geri çəkildi. Pərt vəziyyətə düşən Ermənistanın baş naziri Nikol Paşinyan bu məğlubiyyətlə xalqının gözündən düşməsin deyə “Qarabağ Ermənistandı nöqtə” dedi. Bu da onu göstərdi ki, ermənilər sülh istəmir. Ermənistan Silahlı qüvvələri 2023-cü il sentyabrın 27-si səhər saatlarında cəbhənin Ağdam-Füzuli-Tərtər istiqamətində dinc sakinləri atəşə tutdular. Dinc sakinlər arasında ölən və yaralanan oldu. Baş verən təxribatın qarşısını almaq üçün Ali Baş Komandan, 21 əsrin sərkərdəsi orduya əkshücum əmrini verdi. Dəmir yumruq işə düşdü. 44 gün davam edən müharibədə ordumuz işğal altında olan torpaqlarmızı böyük hissəsini azad etdi. Qədim mədəniyyət mərkəzi olan Şuşda üçrəngli bayrağımız dalğalandı. Diz çöküb yalvarmağa başlayan ermənilər Ali Baş Komandanımızın irəli sürdüyü şərtləri qəbul etdilər. Ağdam, Kəlbəcər, Laçın qan tökülmədən işğaldan azad olundu. Naxçıvanla quru yol əlaqəsi, Türkiyə və diğər ölkələrə getmək üçün Zəngəzur dəhlizi açılmalı, Qarabağda qalan qanunsuz silahlı erməni birləşmələri tərksilah olmalı, orda yaşayan ermənilər Azərbaycan vətəndaşlığını qəbul etməli, qanunlarımıza tabe olmalı idilər. Hər hansı statusdan söhbət belə gedə bilməzdi. Cənab prezident İlham Əliyevin irəli sürüdüyü şərtləri qəbul edən Ermənistan baş naziri 2020-ci il noyabrın 10-da üçtərəfli bəyannaməni imzalasa da ermənilər bəzi şərtləri yerinə yetirmədilər. Havadarına arxayın olan Nikol Paşinyan arxayınlaşdı. “Rus sülhməramlıları olan yerdə Azərbaycan heç bir antiterror əməliyatı keçirə bilməz” kimi sözlərlə ermənilər özlərini aldadırdılar. Amma hər şey N.Paşinyanın gözlədiyi kimi olmad. Azərbaycan ordusunun başlatdığı lokal antiterror əməliyyatı nəticəsində Qarabağdakı silahlı separatçılar təslim olmaq məcburiyyətində qaldılar. Daha sonra Qarabağdakı ermənilərin nümayəndələrilə Yevax şəhərində görüş keçirildi. 1993-cü ildə Ağdamı işğal edəndə “Yevlaxa kimi gedəcəyik” deyən ermənilər Yevlaxa ağ bayraqla gəldilər. Onlara ermənilərlə Qarabağda birgə yaşayış təklif olunsa da ermənilər könüllü olaraq Qarabağı tərk edib Ermənistana köçməyi üstün tutdular. Separatçıların cinayətkar üzvləri həbs olunaraq Bakıya gətirildi. İndi onlar məhkəmə qarşısında cavab verəcəklər.

Bununla da Azərbaycanın suverenliyi bərpa olundu. 103 ildən sonra Xankəndidə üçrəngli bayrağımız dalğalandı. Dünyada elə bir dövlət yoxdur ki, bugünə kimi ölkəsindəki separatizmə son qoya, kökünü birdəfəlik kəsə. Dünya ölkələrinə nəzər salsaq, görmək olar ki, bəzi ölkələr   Ölkələrinin bir hissəsinə nazarət edə bilmirlər. Azərbaycandır.  separatizmin kökünü kəsərək ərazi bütövlüyünü bərpa etdi. Bunu yalnız 21 əsrin sərkərdəsi, güclü diplomat cənab İlham Əliyev bacardı. Dünya ölkələrinin rəhbərləri arasında böyük nüfuza malik olan prezident   İlham Əliyevin özünə xas olan dünyəvi siyasətini dünya dövlətlərinin rəhbərlərı gördü və hörmətlə yanaşdı. Dünya dövlətlərinin çoxu bu haqq işimizdə ölkəmizi dəstəklədi. Bunlardan ən genişi Qoşulmama Hərəkatının üzvü olan dövlətlər idi. Ermənistanı dəstəkləyən ölkələr az idi. Ölkə rəhbəri onlara da yerini göstərdi. “Heç kim Azərbaycanın daxili işinə qarışa bilməz” mesajını verməklə onları susdurdu. Biz azərbaycanlılar xoşbəxt xalqıq ki, bizim Heydər Əliyev kimi ulu öndəri, tarıxi şəxsiyyəti var. Ömrünün çox hissəsini xalqına həsr eləyən ölməz şəxsiyyət 1918-ci ildə qurulub sonra süqut edən dövləti yenidən bərpa elədi. Unitar, demokratik dövlət yaratdı.   Ölkəmizdə dövlətçlik məktəbinin əsasını qoydu. Onun davamçısı böyük şəxsiyyət İlham Əliyev dövlətçilik məktəbinin ilk məzunu oldu. Dövləti inkişaf etdirdi, irəli apardı, dünyəvi dövlətə çevirdi. İtirilmiş torpaqları geri qaytardı. Ərazi bütövlüyümüzü bərpa elədi. 21 əsrin sərkərdəsi kimi tarixə düşdü. Bizə bu qələbəni yaşadan şəhidlərimizə Allah rəhmət eləsin. Onlar Ali Baş Komandanın ən əziz, sadiq əsgərləri oldular. Vətən üçün canlarından keçdilər. Bizə qələbə sevincin yaşatdılar. Onların qarşısında baş əyirik. Yaralı qazilərimizə Allahdan səfa diləyirik. Bizlər sizi heç vaxt unutmarıq. Əsil tarix haqqında məqaləni şifahi halda demək olar ki, tez-tez tələbələrimlə bölüşürəm. Amma indi istədim məqaləmi yazılı halda böyük auditoriya ilə bölüşəm. Zəfər günün Mübarək Azərbaycan xalqı.

Alim Zeynalov- Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin müəllimi