15 Dekabr 2024

Yeni Suriyada ermənilərə yer yoxdur

Ermənistan hakimiyyətinin əvvəlki kimi  qaçqın axınının öhdəsindən gələ bilməyəcək, ona görə də onların çoxu başqa ölkələrə gedəcəklər

“Suriyada Bəşər Əsəd rejiminin süqutu Ermənistanı bu ərəb respublikasındakı 30 minə yaxın erməninin taleyi narahat edir”. Musavat.com xəbər verir ki, bu barədə “Nezavasimaya qazeta” yazıb. Bildirilir ki,  Suriyada yaşayan ermənilər Ermənistan hakimiyyətindən ölkəni tərk etmələrinə köməklik etməyi xahiş ediblər. Lakin  Ermənistan səfirliyi  Livana təxliyyə edilib və Xarici İşlər Nazirliyi hələlik ermənilərin bu  Suriyadan təhlükəsizliyini  təmin etmək imkanının olmadığını bildirib. Eyni zamanda, Erməni Apostol Kilsəsinin Kilikiya Katolikosluğunun Beriya yeparxiyasının rəhbəri, arxiyepiskop Makar Aşkaryan Suriya ermənilərini təmkinli və diqqətli olmağa, yalnız lazım gəldikdə evi tərk etməyə çağırıb.

 Qafqaz İnstitutunun elmi işçisi Qrant Mikaelyan hesab edir ki, Suriyada olan ermənilər qaçqınlar yenidən Ermənistana köçməyə çalışacaqlar.  Məlumatlara görə, Suriyada “ərəb baharı” başlayandan(2011)  Ermənistana 14,7 minə yaxın i ermıni  qayıdıb,  amma onlardan hamısı  rəsmi qeydiyyata düşməyiblər. Ekspert deyib ki,  yeni Suriyada ermənilərə yer olmayacaq, amma Ermənistan hakimiyyətinin əvvəlki kimi  qaçqın axınının öhdəsindən gələ bilməyəcək, ona görə də onların çoxu başqa ölkələrə gedəcəklər .

“Suriya ermənilərinin öz vətənindən belə kütləvi qaçmasının əsas səbəbi ondan ibarətdir ki, ermənilər Bəşər Əsəd rejiminin “vuran əli” olub. Suriyanın vətənpərvər qüvvələrinə qarşı soyqırımları, terrorları və işgəncə səhnələrini Bəşər Əsəd əsasən ermənilərin əli ilə törədib. Hətta Əsəd rejiminin türmələrindəki cəza-işgəncə qruplarının çoxu da ermənilərdən ibarət olub. Bunu bütün ölkə, o cümlədən də indi hakimiyyətə gələn qüvvələr çox gözəl bilir. Bu səbəbdən bundan sonrakı dönəmdə Suriya ermənilər üçün bir cəhənnəmə çevriləcək. İndi Suriya cəmiyyətində erməni adı eşidiləndə dərhal o terror və cəza dəstələri yada düşür – bu digər millətlərin hiddətinə səbəb olur. Ona görə də indi Suriyada hər bir erməninin həyatına təhlükə var – fərqi yoxdur, o cəza-işgəncə və terrorçu dəstələrinin iştirakçısı olub, yoxsa yox. Bu səbəbdən də ermənilər yeni hakimiyyət yerinə oturuşana qədər ölkəni kütləvi şəkildə tərk etmək fikrindədir”. Bu barədə isə “Bakı-xəbər” yazır.  

Qeyd olunur ki, Ermənistanın suriyalı ermənilərin boynunda haqqı var: “30 illik Qarabağ müharibəsində Bəşər Əsəd rejimi və oradakı ermənilər İrəvana hərtərəfli dəstək verib, gəlib cəbhədə onların əvəzinə döyüşüblər. İndi də Ermənistan onun əvəzini qaytarmalıdır, Suriya ermənilərinə pulsuz viza rejimi açır, onların kütləvü köçü üçun operativ qərargah yaradır. Bundan sonra Bəşər Əsədin terrorçu qulbeçələri Paşinyanın ətrafında cəmləşəcək. Amma Ermənistan Suriya qaçqınlarını qəbul etmək istəmir.

Bir tərəfdən də Ermənistanın  qaçqın qəbul etmək ikmanları məhduddur. Bu gün Ermənistan Qarabağdan gələn qaçqınları yerbəyer edə bilmir. Ona görə də İrəvan min bir bəhanə ilə Suriya qaçqınlarını qəbul etmək istəmir. Artıq bununla bağli Ermənistan BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığına müraciət edib”.