“Yeni Müsavat”ın 4 əməkdaşı Şuşada – məqsəd film, reportaj, canlı yayın…

“Yeni Müsavat” Media Qrupunun 4 əməkdaşı hazırda Şuşada, yaradıcılıq ezamiyyətindədir.
Azərbaycan mediasının usta imzaları – Xalid Kazimlı, Elşad Məmmədli və Yana Madatova (Minval.az saytımızın xüsusi müxbiri) Azərbaycanın qürur ünvanı olan şəhərdə iki gün qalacaqlar. Onlar və reportyorumuz, TV Musavat-ın efir rejissoru
Məğrur Salamanov Qalaya yaradıcılıq ezamiyyətinə göndəriliblər. Məqsəd 44 günlük Vətən müharibəsinin ən şərəfli fraqmenti olan Şuşanın müzəffər ordumuz tərəfindən azad edilməsi haqqında yazılar və qısa film hazırlamaq, Şuşadan canlı yayınlar həyata keçirtməkdir.
Artıq bu gün TV Musavat internet kanalımız vasitəsi ilə ilk canlı yayın həyata keçirildi. (Link
https://youtu.be/XN_TwGLKmbc)
Yazarlarımızın və reportyorlarımızın maraqlı yazılarını, reportajlarını ardıcıl olaraq, diqqətinizə təqdim edəcəyik.
Musavat.com





