23 Dekabr 2024

Yayda payız, qışda yaz havasını niyə yaşayırıq?

İqlim dəyişikliyi pik həddə – bundan sonra nələr görəcəyik…

Son illərdə dünyada və ölkəmizdə qlobal iqlim dəyişikliyinin fəsadları özünü göstərir. Bəzən qışda yay havası, yayda payız havası… insanı təəccüb içində qoyur. Amma baş verənlər bundan daha təhlükəli bir prosesin başlanğıcıdır. Bundan sonra daha hansı təhlükələr ola bilər?

İqlim dəyişikliyi niyə yaranır?

İqlim dəyişmələri yağıntıların qeyri-normal şəkildə paylanması, fəsillərin sürüşməsi və davamlılığının artması, su və meşə resurslarına, insan sağlamlığına təsirlərlə özünü göstərir. Bunun nəticəsində ekoloji tarazlıq pozulur, bu, insanla ətraf mühitin, meşə təsərrüfatı ilə kənd təsərrüfatının, su resursları ilə torpağın qarşılıqlı əlaqələrinə təsir edir. Bu antropogen təsirləri azaltmaq lazımdır. Azərbaycan da iqlim dəyişmələrinə adaptasiya tədbirlərini gücləndirməlidir. Ölkədə iqlimin su, kənd təsərrüfatı, səhralaşma proseslərinə təsirinin yumşaldılması tədbirləri həyata keçirilməlidir. Biz mövcud iqlim dəyişikliklərinə uyğunlaşmalıyıq. İlk növbədə ölkədə risklərin idarə olunması planı və iqlim dəyişmələri üzrə Milli Strategiya hazırlanmalıdır. Belə olsa, gələcəkdə bizim üçün ağrısız olar”.

İqlim dəyişiklikləri ilə bağlı təbii fəlakətlərin sayı ötən əsrin 80-ci illəri ilə müqayisədə 3 dəfə artıb

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən, 2000-2010-cu illər ərzində təbii fəlakətlərdən 2,7 milyard insan zərər çəkib. “Oxfam” humanitar təşkilatının məlumatında isə qeyd edilir ki, iqlim dəyişiklikləri ilə bağlı təbii fəlakətlərin sayı ötən əsrin 80-ci illəri ilə müqayisədə 3 dəfə artıb. Statistika göstərir ki, geofizik fəlakətlərin sayı, o cümlədən zəlzələ və vulkan püskürmələri 1980-ci illərdən o qədər də dəyişməyib. Amma eyni zamanda subasma və qasırğaların sayı nəzərə çarpacaq dərəcədə artıb. Təbii fəlakətlərin nəticəsində hər il təxminən 250 milyon insan zərər çəkir. Bu fəlakətlərin 98 faizini iqlim fəlakətləri təşkil edir. Proqnozlara əsasən, 2015-ci ildə belə fəlakətlərdən zərər çəkən insanların sayı 1,5 dəfə artacaq və bu rəqəm 375 milyon nəfərə çatacaq.

İqlim dəyişikliyi ilə mübarizə üçün hər il 4.4 trilyon dollar investisiya  yatırılmalıdır

Orta illik temperatur aşağı düşüb

Dünya üzrə orta illik temperatur ümumilikdə 14,4-14,5 dərəcə hesab edilir. Hazırda isə bu temperatur 1 dərəcə ətrafında artıb. Ancaq Arktika, Qrenlandiya, hətta Amerikanın cənubunda temperaturların orta illik normadan 2-3 dərəcə artması müşahidə edilir. Bunun necə fəsadlara səbəb olması artıq hamı tərəfindən qəbul edilir. Azərbaycanda isə bu rəqəm 0,8 dərəcə ətrafındadır. Ancaq son 8 ildə yüksək dağlıq ərazilərdə temperaturun artması daha çox müşahidə edilir. Tədqiqatlar göstərir ki, yüksək dağlıq ərazilərdə temperatur 1,1-1,3 dərəcəyə qədər artıb. Bu problemi təkcə ekoloqların boynuna atmaq olmaz, dünya iqlimşünasları və iri dövlətlərin rəhbərləri bu prosesdən kənarda qalmamalıdır. Biz təbii amillərdən baş verən dəyişmələri elmi əsaslarla proqnozlaşdıra bilərik. Bununla da dəyən zərərləri minimuma endirməyi və antropogen faktorların iqlimə təsirini azaltmaq olar.

Yer kürəsi yavaş-yavaş soyuyur

Bu əsrin 50-ci illərinə qədər Yer kürəsində temperatur daha 6-7 dərəcə qalxacaq. kainat 14 milyard il əvvəl əmələ gələndən, Günəş sistemi yaranandan indiyə qədər Yerin ümumi iqlimində ümumi inkişaf istiqaməti aşağı gedir. Bu, o deməkdir ki, Yer kürəsi getdikcə soyuyur. Amma soyuma ümumi prosesdir. Yerin iqlimi bütövlükdə milyonlarla il davam edən buzlaşma dövrlərindən və bu dövrlər arası qısa müddətli istiləşmə periodlarından ibarətdir. Keçmişdə Yer iqliminin necə dəyişdiyini bilmək üçün informasiyalar təbiət arxivlərindən əldə edilir. Yer və onun atmosferi arasıkəsilmədən kosmik şüalar tərəfindən bombardman edilir. Həmin şüalar yüksək enerjili ağır ionlardan ibarətdir. Yer atmosferini bombardman edəndə atmosferdə ionlaşma gedir. Bu, Yerin bulud qatının əmələ gəlmə prosesinə təsir eləyir. Beləliklə də bombardman nəticəsində atmosferdə ağır izotoplar əmələ gəlir. Atmosfer və okean sirkulyariyaları nəticəsində bu izotoplar okeana və yerə çökür. Söhbət o izotoplardan gedir ki, onların dayanıqlığı kifayət qədərdir və parçalanma periodu min, hətta milyon illərlə ölçülür. Bu izotopları oxuyub öyrənməklə Yerin iqliminin keçmişdə necə olduğunu bilmək mümkündür

BMT-dən qorxulu iqlim dəyişikliyi xəbərdarlığı - Foto

Baş verənlər iqlim dəyişmələri deyil, hava şəraitinin dəyişkənliyidir

Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva isə mediaya açıqlamasında bildirib ki, əgər hava mövsümə uyğun olmayaraq istidirsə, belə fikir söylənir ki, “iqlim dəyişir”, yox, əgər qar yağırsa, qlobal istiləşməyə şübhə ilə yanaşılır. Lakin bu, iqlim dəyişmələri deyil, hava şəraitinin dəyişkənliyidir. Əgər söhbət uzun illər müşahidə edilən havadakı dəyişikliklərdən gedirsə, bu zaman həqiqətən də iqlimdə baş verən dəyişikliklər nəzərdə tutulur. İqlim dəyişmələri isə onilliklər ərzində orta göstəricilər üzrə baş verən dəyişikliklərdir. İqlim Yer üzərində baş verən ən müxtəlif proseslərin qarşılıqlı əlaqələrini özündə əks etdirir, bu da iqlimşünaslığı çoxşaxəli, mürəkkəb, maraqlı və çox əhəmiyyətli bir elm edir. İqlim sisteminin daim fasiləsiz dəyişiklik vəziyyətində olması normal haldır. Lakin bu gün Yer unikal iqlim mərhələsini keçirir. İqlim dəyişikliyi atmosfer sirkulyasiyasına təsir edir. Bu isə bəzi regionlar üçün xarakterik olmayan hava hadisələrinin tez-tez baş verməsi ilə özünü göstərir.

Ekoloqlar hesab edirlər ki, iqlim dəyişmələri yağıntıların qeyri-normal şəkildə paylanması, fəsillərin sürüşməsi və davamlılığının artması, su və meşə resurslarına, insan sağlamlığına təsirlərlə özünü göstərir. Bunun nəticəsində ekoloji tarazlıq pozulur, bu, insanla ətraf mühitin, meşə təsərrüfatı ilə kənd təsərrüfatının, su resursları ilə torpağın qarşılıqlı əlaqələrinə təsir edir.

Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, bu gün iqlim dəyişiklikləri və onların kənd təsərrüfatına təsiri bütün dünyanı narahat edir. İqlim dəyişiklikləri qaçılmaz bir prosesdir və bunları yaradan məhz insan faktorudur. İqlim dəyişikliklərindən ən çox zərəri kənd təsərrüfatı və su resursları görür. İqlim dəyişiklikləri nəticəsində torpaqların əvvəlki keyfiyyətini itirməsi, deqradasiyaya məruz qalması riski artır: “Torpaqlar deqradasiyaya məruz qalmadıqda, su ehtiyatları normal səviyyədə olduqda kənd təsərrüfatında məhsul istehsalı normal olur. Buna görə də iqlim dəyişikliklərinə qarşı ən həssas sahə kənd təsərrüfatı, meşələr və su qaynaqları hesab edilir”.

Nazirlikdən qeyd olunub ki, iqlim dəyişmələrində insan amilləri daha çox rol oynayır. Belə davam etsə, gələcəkdə ərzaq təhlükəsizliyini təmin etməsi sual altında olacaq. 2050-ci ildə dünyada insanların sayının 9 milyarda çatacağı gözlənilir. Ekspertlərin proqnozlarına görə, insanların ərzaq məhsullarına olan tələbatı 2 dəfə artacaq. Bunun üçün əkin sahələri olmalıdır. Bu gün iqlim dəyişmələri nəticəsində torpaqların deqradasiyası gedir, səhralaşma prosesi sürətlənir. Bu problemlərin həlli üçün qarşıda çox böyük vəzifələr dayanır.

Sevinc TELMANQIZI