23 Dekabr 2024

Yay Olimpiya Oyunları yenə təxirə salına bilər

Kyodo: “Oyunların keçirilməsi mümkün olmayacaqsa, bu zaman təxirə salınacaq”

“Tokio-2020” Yay Olimpiya və Paralimpiya oyunlarının təxirə salınması variantı COVID-19 virusu ilə əlaqədar vəziyyətdən asılı olaraq mümkündür. Media1.az AYNA-nın xarici mediadan ədə etdiyi xəbərə istinadən bildirir ki, bu barədə Yaponiyanın hakim Liberal Demokratik Partiyasının Baş katibi Toşihiro Nikai Kyodo deyib.

Onun sözlərinə görə, oyunların keçirilməsi mümkün olmayacaqsa, bu zaman təxirə salınacaq.

Qeyd edək ki, Tokio Yay Olimpiya və Paralimpiya oyunları 2020-ci il iyulun 24-dən avqustun 9-dək keçirilməli idi. Lakin koronavirus pandemiyasına görə bu yarışlar bir il müddətinə təxirə salınıb. Bu il martın 20-də təşkilatçılar Olimpiya Oyunlarının əcnəbi tamaşaçılarsız keçirilməsi barədə qərar qəbul ediblər.