Yaponiya Baş nazirinin 12 ildən sonra Seula səfəri başlayıb
Yaponiyanın Baş naziri Fumio Kişidanın Cənubi Koreyaya rəsmi səfəri başlayıb.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu, Yaponiya baş nazirinin son 12 ildə Cənubi Koreyaya ilk səfəridir.
Baş nazir Fumio Kişidanın Cənubi Koreya lideri Yun Seok Yeol ilə həm məhdud, həm də geniş formatda keçiriləcək görüşlərində təhlükəsizlik, yüksək texnologiyalar sənayesi, elm və texnologiya, humanitar sahədə əməkdaşlıq məsələləri müzakirə olunacaq.
Şübhəsiz ki, tərəflər arasında danışıqların mərkəzi mövzularından biri Şimali Koreyanın nüvə və raket təhdidlərinə qarşı mübarizədə ABŞ da daxil olmaqla ikitərəfli və üçtərəfli formatlarda əməkdaşlıq məsələsidir.