09 Avqust 2025

YAP Şabran rayon təşkilatı Ümummilli liderin adını daşıyan mərkəzdə “Heydər Əliyev dərsləri” təşkil edib.

Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatının təşkilatçılığı ilə Şabran rayon Heydər Əliyev Mərkəzində Heydər Əliyev dərsləri təşkil olunub.

İlk öncə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə həlak olmuş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov XX əsrdə Azərbaycan xalqının yetirdiyi nadir tarixi şəxsiyyət, müstəqil Azərbaycanın və Yeni Azərbaycan Partiyasının qurucusu ulu öndər Heydər Əliyevin azərbaycanlıların milli dövlətçilik düşüncəsini müstəqil Azərbaycan dövləti kimi əzəmətli reallığa qovuşdurmasını qeyd edərək, məhz həmin illərdə milli-mənəvi dəyərlərin, milli ruhun qorunması, kadrların milliləşdirilməsi, azərbaycançılıq ideologiyasının sistem halına salınması istiqamətində bir sıra mühüm tədbirlərin həyata keçirildiyini bildirib. Azərbaycan xalqının milli inkişaf yolunun və ideologiyasının formalaşmasının Ulu öndər Heydər Əliyevin müstəqil respublikamıza rəhbərliyi dövrünə təsadüf etdiyini qeyd edən çıxışçılar, azərbaycançılıq ideologiyasının real müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək olduğunu vurğulayıb.

Sonda dərslərdə iştirak edənlərin fikirləri dinlənilmiş və qarşılıqlı müzakirələrlə davam edilmişdir.