YAP müxalifəti və siyasi ekspertləri qərargahına yığıb – mövzu: MİLLİ HƏMRƏYLİK – FOTOLAR
Hakim Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında ölkədə fəaliyyət göstərən siyasi partiyaların toplantısı keçirilir.
Musavat.com-un əldə etdiyi məlumata görə, toplantının mövzusu aşağıdakı kimidir: Müharibə dövründə yaranmış milli həmrəyliyin – Prezident, xalq, ordu birliyinin təhlili və bu günümüz.
Verilən məlumata görə, toplantıda ölkədəki əksər siyasi partiyaların liderləri ilə yanaşı, müstəqil politoloqlar, KİV rəhbərləri də iştirak edirlər.
Əsas məruzəçilər millət vəkil, VHP sədri Sabir Rüstəmxanlı, Dövlət Statistika Komitəsinin sədriTahir Budaqov, millət vəkili, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc və hərbi ekspert Şair Ramaldanovdur.
Media1.az