09 May 2025

“Xəzərin quruması ən ciddi problemlərdən biridir”

“Xəzərin quruması ən ciddi problemlərdən biridir”.

Bunu Valyuta.az-a açıqlamasında ekoloq Xosrov Musayev deyib. O bildirib ki, Xəzərin suyu bəzi yerlərdə 4 metrə kimi aşağı düşüb:

“Qlobal istiləşmə gedəndə buxarlama çox, yağıntı isə az olur. Ancaq bizim yerüstü su ehtiyyatları var ki, Kür, Araz və dağ çaylarıdır. Buxarlanmanın çox olması su qıtlığına gətirib çıxardır. Azərbaycanın 5 ekoloji problemi varsa onun birincisi sudur. İkincisi meşəsizlik, üçüncüsü münbitlik, dördüncüsü şorakətlik, beşincisi isə torpaqların erroziyasıdır. Su gələcəkdə Azərbaycan üçün ciddi problemə çeviriləcək. Heç bir canlı orqanizm susuz qala bilməz”.

Ekspert kənd təsərrüfatının su üzərində qurulduğunu vurğulayıb:

“Suvarma olmasa məhsuldarlıq da olmaz. Qıt olan suyumuz  daha da qıtlaşacaq. Çıxış yolu beton üzlüklü kanallara keçməkdir, itkisiz suvarma deyirlər buna. Qarşıdakı illərdə su ilə bağlı dəhşətli problemlərimiz olacaq. Ümumiyyətlə, Azərbaycanda suyun idarə olunmasında problem var”.     

 Qeyd edək ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) sədrinin müşaviri Əsəd Şirinov bildirib ki, 2022-ci il statistikasına görə yerüstü su ehtiyatları 17 milyard kubmetr olub. 1960-1990-cı illər Azərbaycanın daha çox sululuq dövrü hesab olunur. Bu illəri indiki dövrlə müqayisə etsək su ehtiyatları 43 faiz daha azdır.

Aylin