22 Dekabr 2024

Xəzərin Azərbaycan sektorunu Rusiya minalayıb? – “Minaların üzərindəki yazılar…” – ŞOK AÇIQLAMA

Xəzər dənizinin Azərbaycan sektorunda aparılan ərazi kəşfiyyatı zamanı suyun 60 metrədək dərinliyində aşkar edilən 6 ədəd böyük gəmi minasının (KB-1) zərərsizləşdirilməsi prosesi başa çatıb. Bildirilir ki, sözügedən minalar dənizə Sovet dövründə buraxılıb.

Amma Rusiya-Ukrayna müharibəsi fonunda bu minaların dənizə məqsədli şəkildə buraxılması iddiaları da var.

Ehtiyatda olan polkovnik Şair Ramaldanov aşkarlanan minaların Sovet dövrünə aidliyi ehtimalının yüksək olduğunu deyib:

“Bu məsələ ilə bağlı şayiələr də, mütəxəssis rəyləri də var. Minaların üzərində olan yazılar vasitəsilə onun harada, hansı ildə istehsal olunduğunu bilmək olar. Mümkündür ki, həmin minalar Sovet dövründən qalsın. Onlar Xəzər dənizindəki hərbi təlimlər zamanı da dənizə buraxıla bilərdi. Minaların 30 il ərzində tapılmaması isə normaldır, çünki Xəzərin hər qarışı kəşf edilməyib.

Gəmi minalarının dənizə buraxılmasını Rusiya-Ukrayna müharibəsinə bağlamaq isə doğru yanaşma deyil. Çünki Ukrayna müharibəsi 77 gündür davam edir, bu müddət ərzində atılan minanın xarici görünüşü 30 il ərzində atılan minanın görünüşündən tamamilə fərqlənir. Bu məsələyə sırf mütəxəsisslərin, dövlət qurumlarının rəy bildirməsi lazımdır”.

Polkovnik Xəzər dənizində digər partlayıcı maddələrin də ola biləcəyini də istisna etməyib:

“Ola bilsin ki, bir ay sonra yenidən minalar üzə çıxsın. Bu istiqamətdə təkrar işlər aparılır və dənizin dibində partlamamış yeni döyüş sursatları aşkarlana bilər. Kimsə təminat verə bilməz ki, Xəzərdə mina təhlükəsi yoxdur, yaxud əksinə, dənizdə mina var…”.