22 Dekabr 2024

Xəstəxana direktoru cərrahların Türkiyədə keçirilən konfransında iştirak edib

Türk Cərrahlar Cəmiyyətinin təşkilatçılığı ilə 25-28 aprel tarixlərində konfrans keçirilib.

Bu barədə Bərdə rayon Xəstəxanasının direktoru Vüsal Məmmədov özünün facebook səhifəsində məlumat verib.

Cərrah Vüsal Məmmədov konfransın işini yüksək qiymətləndirib. Bildirib ki, tibb elminin sürətlə inkişaf etdiyini görmək üçün , görüləcək işlərin çox olduğunu və ciddi,planlı,hədəflərə yönəlik çalışmaların gərəkliliyini anlamaq üçün bu tədbirlərin olması olduqca vacibdir.

“Travma üzərinə danışılanlara daha çox ehtiyacımız var deyə bütün panelləri dinlədik.Ülvi dr,Nihad dr,Faiq dr kimi Azərbaycanlı doktorlar ilə tanış olduq,hərşeydən danışdıq,müzakirələr etdik.Keçmiş iş yoldaşım,hazırda Ankara Tibb Universitetində təhsil alan Bəxtiyar drla görüşdük,keçmiş xatirələrdən,bugünkü inkişafımızdan söhbət açdıq.Hocalarla görüşdük.Şəkil çəkdirməyi xoşlamasam da sosial media arxivi üçün bir neçə şəkil çəkdirdik.Son olaraq:yolumuz uzundur,hədəflərimiz çoxdur,müvəffəq olmama şansımız yoxdur,gedə bildiyimiz yerə qədər hakkıyla xidmət etmək,özümüzü hər zaman “update” etmək boynumuzun borcudur.”-deyə Bərdə xəstəxanasının direktoru, cərrah həkim Vüsal Məmmədov vurğulayıb.