23 Dekabr 2024

Volkovla danışıqlara Abbasqulu Şadlinskini göndərsəydik…

Bu aksiya, əlbəttə ki, uzunmüddətli davam edə bilməz, biz orada daha çox qalarıqsa…; vəziyyətin bizim üçün qəlizliyi var, amma rus-erməni tandemi, ümimiyyətlə, çıxılmaz durumdadır

Xankəndi yolunda aksiyanın 6-cı günündə prinpisial olaraq dəyişiklik olmaması, monitorinq qrupunun hələ də yataqlara buraxılmaması əlbəttə ki, düşündürücü, bir az da narahatvericidir. Dekabrın 16-da İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidməti və “AzerGold”QSC-in nümayəndələrindən ibarət heyət Rusiya sülhməramlılarının qərargahında görüş keçirib. Monitorinq qrupunun rəhbəri Məsim Məmmədov xəsisliklə açıqlama verərək deyib ki,yataqlara yerində baxış keçirməsinə “lazımi şərait yaradılmayıb”.

WhatsApp Image 2022-12-17 at 13.53.02.jpeg (71 KB)

Bir məsələni dəqiqləşdirməliyik ki, bizi monitorinq üçün “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarına getməyimizə “lazımı şərait yaratmayan” ermənilərdir, yoxsa sülhməramlılar? Ümumiyyətlə, ölkənin bütün diqqətinin bu aksiyada olduğu günlərdə verilən son açılqlama hadisəyə qətiyyən adekvat deyil. Bəli, həm XİN, həm PA-da xarici siyasətə rəhbərlik edənlər xarici diplomatlara və hərbi atteşelərə bu barədə ətraflı məlumat veriblər. Amma danışıqlarda birbaşa iştirakçı olanlar dəqiqləşdirilməlidir ki, bu monitorinqin qarşısını alan Volkovun sülhməramlı dəstəsi, yoxsa Vardanyanın qondarma “hökumətidir”. Burda gizlədiləsi və ya əlavə gərginlik yaradacağından ehtiyat ediləcək heç nə yoxdur. Zatən, Xankəndi yolunda aksiyanı davam etdirən dostlarımız fədakarlıq edirlər və oraya təxribat törətməyə, emosiyaları coşdurmaq üçün getməyiblər. O səbəbdən bu gizliliyə şəxsən mən heç bir səbəb görmürəm.

1641883546_maxresdefault.jpg (83 KB)

Əgər sülhməramlılar bunu əngəlləyirsə, səbəbləri açıqlanmalıdır, Rusiyaya daha bir nota verilməlidir. Burda daha bir mühüm məqam da var. Sülhməramlılar monitorinq qrupunun təhlükəsizliyinə zəmanət vermədiyi üçün bundan imtina edirlər? Bəlkə deyirlər ki, bura Rusiya Müdafiə Nazirliyinin məsuliyyət zonasıdır, qərarı da general Şoyqu verir, onunla razılaşmaq lazımdır və sairə… Hər iki halda, sülhməramlıların əməlləri qanunsuzdur.

Bəndlərinin əksəriyyəti yerinə yetirilməyən 10 noyabr razılaşmasında sülhməramlıların belə bir səlahiyyəti təbii ki, yoxdur. Sülhməramlılar onu bəhanə edə bilərlər ki, biz burada sülhü qorumaq üçün mükəlləfik. Razılaşdıq. Axı Bakı qanunsuz olaraq istismar edilən yataqlara top-tüfənglə getmir ki, belə bir “arqument” ortaya atılsın. Adından məlumdur- dövlət rəsmiləri yalnız monitorinq aparmaq üçün səlahiyyətlidir. O səbəbdən Volkovun dəstəsinin buna “yox” deməsinə əsas yoxdur. Bunu bacarmırlarsa, “biz monitorinq qrupunun təhlükəsizliyinə təminat vermirik” deyirlərsə, Azərbaycan dövlət rəsmilərin yataqlarda monitorinq aparmasını özü qarantiya altına alıb, təmin edə bilər. “Axırıncı aşırım” filmində Abbaqsqulu bəy Şadlınski demişkən, “nahaq qan tökülməsini istəmirik, yoxsa başqa cür gələrdik…”

WhatsApp Image 2022-12-17 at 13.53.01 (1).jpeg (29 KB)

Ermənilərin mövqeləri aydındır, onlar bu monitorinqə qarşıdırlar və müqavimət göstərməkdə davam edəcəklər. Amma bu müqaviməti təşkil edənlər var axı… Onlara “oturun yerinizdə” deyilmirsə, bu da sülhməramlıların ayağına yazılmalıdır ki, onlar görəvlərini yerinə yetirə bilmirlər. Xankəndidəki qondarma rejimin “xin naziri” David Babayan deyib ki, ermənilərin tam təhlükəsizliyi üçün Rusiya sülhməramlılarının sayı artırılmalıdır. Ermənilər bunu çoxdan arzulayırlar, indi görünür özlərinin yaratdıqları gərginliyü fürsət bilərək belə bir təklifi tirajlayırlar. Demək olmaz ki, Ukraynada ciddi müqavimətlə üzləşən Rusiya generaliteti üçün indi bu təklif uyğun zamandır. Çünki Rusiyaya indi döyüşən əsgər lazımdır, nəinki gəlib bir ovuc ermənini olmayan təhlükədən qorumaq.

WhatsApp Image 2022-12-17 at 13.53.00.jpeg (49 KB)

Bu aksiya əlbəttə ki, uzun müddətli davam edə bilməz, biz orada daha çox qalarıqsa, bu iradəmizdən daha çox, ermənilərə “gücsüzlüyümüz” rəyi yarada bilər. Üstəlik, ermənilər “blokada”dan ötən hər gün Azərbaycanın əleyhinə daha həyasızcasına istifadə etməkdədirlər. Son 24 saatda ABŞ Dövlət Departamenti, Litvanın Xarici İşlər Nazirliyi, AŞ PA-nın Azərbaycan və Ermənistanın monitorinqi üzrə dörd həmməruzəçisi Xankəndi yolu ilə bağlı bəyanat yayıb, “hərəkət azadlığının pozulmasından” narahat olduqlarını bildiriblər. Bu bəyanatlar əlbəttə ki, qərəzli və birtərəflidir. Bu bəyanatların heç birində Azərbaycanın öz ərazilərində qanuni monitorinqinin qarşısının alınmasını pisləyən bir cümlə belə yoxdur. Halbuki bu dövlət və təşkilatlar Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıyıblar. Necə ola bilər ki, erməninin hüquqlarında danışıb, torpağın əsl sahibinin hüquqlarını “unudasan”?

WhatsApp Image 2022-12-17 at 13.53.01.jpeg (78 KB)

Məsələn, Litvada az da olsa faydalı qazıntılar, mineral bulaqlar var. İndi Litvada ölkə ərazisində elə sayları Qarabağdakı ermənilər qədər olan polyaklar belə bir əməl törətsəydilər, dövlət hansı reaksiya verərdi? Trampın dövründə Amerikada qaradəriləri daha çox yaşadıqları ştatda yolları bağlayıb “müstəqilliklərini” elan etmişdilər, Ağ Ev hökumət orqanlarının işi əngəlləndiyi üçün Milli Qvardiyanı ayağa qaldırmışdlar. Xankəndi ermənilərinin qanunsuz əməllərilə ABŞ-dakı qaradərilərin özbaşınalığı arasında hansı fərq var ki? Amma göründüyü kimi, var. Belə çıxır ki, “yanan da bizik, yaman da…” Vəziyyətin bizim üçün qəlizliyi var, amma rus-erməni tandemi ümimiyyətlə, çıxılmaz durumdadır.

Nazim SABİROĞLU