Vladimir Putin Təhlükəsizlik Şurasının üzvləri ilə Qarabağı müzakirə edib
Avqustun 4-də Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ müşavirədə Qarabağda vəziyyətin kəskinləşməsini müzakirə edib.
“Report” xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.
“Ermənistan-Azərbaycan münaqişəsinin kəskinləşməsi ilə bağlı vəziyyət müzakirə olunub. Üçtərəfli sazişin bütün müddəalarının təcili həyata keçirilməsinin zəruriliyi vurğulanıb”, – o qeyd edib.