08 Sentyabr 2024

Vilayət Eyvazovdan yeni təyinat

Ağstafa Rayon Polis Şöbəsində (RPŞ) yeni təyinat olub.

Media1.az report-a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis baş leytenantı Mövsümlü Ömər Habil oğlu şöbənin baş əməliyyat müvəkkili təyin olunub.

Qeyd edək ki, Ö.Mövsümlü bu təyinatadək Şəmkir RPŞ-nin əməliyyatçısı vəzifəsində çalışıb.