Vilayət Eyvazovdan yeni TƏYİNAT
Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov sabiq səfirin qardaşına yüksək vəzifə verib.
Media1.az Qaynarinfo-ya istinadla xəbər verir ki, Nəsimi Məzi oğlu Şikarov bir müddət əvvəl Daxili İşlər Nazirliyinin Səfirlik yanında nümayəndəsi vəzifəsindən geri çağrılıb.
Vilayət Eyvazovun müvafiq əmri ilə polis polkovniki Nəsimi Şikarov DİN-in Baş Cinayət Axtarışı İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Nəsimi Şikarov məşhur diplomat, Azərbaycanın BƏƏ, Pakistan və Əfqanıstandakı keçmiş səfiri Daşqın Şikarovun qardaşıdır.