14 Mart 2025

Vətən uğrunda canından keçən qəhrəmanlardan biri də şəhid Muxtar Qasımlıdır

1988-ci ildən Ermənistanın xalqımıza qarşı başlatdığı separatizmi nəticə etibarilə münaqişəyə , daha sonra isə müharibəyə gətirib çıxardı. Bədxah ermənilər  təcavüzkarlıq yolu ilə  torpaqlarımızın ələ keçirilməsi məqsədi güdür, bununla da nəyin bahasına olursa olsun rayon və kəndlərimizin işğalına çalışırdılar. 90-cı illərdə Qarabağda və sərhədyanı rayonlarda qətliamlar törədilir, soydaşlarımız soyqrıma məruz qalırdı.  Döyüş meydanında məğlubiyyətini qəbul edib, qaçmağa üz qoyan ermənilər Rusiya havadarından aldığı köməkliyin hesabına sonradan torpaqlarımızı işğal edə bildilər. 30 ilə yaxın torpaqlarımız düşmənin tapdağında qaldı.

Torpaqlarımızın qorunması uğrunda minlərlə qurban verdik. Xalqımızın qəhrəman oğulları vətən uğrunda uf demədən canlarından keçdilər. Belə qəhrəman oğullarımızdan biri də şəhid Muxtar Qasımlıdır.

Muxtar Əli oğlu Qasımlı 23 fevral 1993-cü ildə Bakıda anadan olub. 1999-cu ildə Bakı şəhəri 318 nömrəli tam orta məktəbə daxil olub. 2009-cu ildə məktəbi bitirmiş, 2009-2013-cü illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını kikboksinq fakultəsi üzrə Bakalavr təhsili almışdır. Erkən yaşlarından idmana marağı olub. Dəfələrlə yarışlarda iştirak edib və mükafatlara layiq görülüb. 27 oktyabr 2019-cu ildə fitnes üzrə Azərbaycan çempionu adına layiq görülmüşdür. Xidmətini davam etdirərkən Silahlı Qüvvələrin Təlimi və Tədris mərkəzinə zabitlik kursuna yazılıb. Fitnes üzrə Azərbaycan çempionatı 2019-cu ildə Muxtar Qasımlı 2013-cü ildə Gədəbəy rayonunun Azərbaycan Silahlı Qüvvələrinə müddətli həqiqi hərbi xidmətə çağrılıb. Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı olan Muxtar Qasımlı 2020-ci ildə oktyabrın 2-də Azərbaycan və Ermənistan arasında gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.

Şəhid Muxtar Qasımlının əziz xatirəsi əbədi olaraq xalqımızın yaddaşında daimi yaşayacaqdır.

Bütün şəhidlərimizin ruhları qarşısında baş əyirik!

Firuzə Məmmədova