Van Bommel istefaya göndərildi

Almaniyanın “Volfsburq” klubu baş məşqçi Mark van Bommel istefaya göndərilib.
Qol.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bundesliqada “Frayburq”a 0:2 hesablı məğlubiyyətdən sonra Bommellə yollar ayrılıb. “Volfsburq” Bundesliqada 13 xalla 9-cu sıradadır.
Qeyd edək ki, niderlandlı mütəxəssis bu ilin iyun ayından “Volfsburq”u çalışdırırdı.