“Vampirlə müsahibə” romanın müəllifi vəfat etdi

Dekabrın 11 -də məşhur “Vampirlə müsahibə” romanının müəllifi Enn Rays təxəllüslü Hovard Allen Obrayen 80 yaşında vəfat edib.
Musavat.com xarici KİV-lərə istinadən bildirir ki, bu barədə onun oğlu Kristofer Rays Tvitterdə məlumat paylaşıb:
“Böyük ürək ağrısı ilə bildirirəm ki, anam bu gecə vəfat etdi”.
Qeyd edək ki, Enn Rays “ Vampir xronikaları” seriyasının birinci cildi olan “Vampirlə müsahibə” romanı ilə məşhurlaşıb. Bu roman əsasında çəkilən eyniadlı filmdə Tom Kruz, Bred Pitt, Antonio Banderas və Kirsten Dunst kimi məşhur aktyorlar yer alıb.
Enn Rays 1941-ci ilin 4 oktyabrında ABŞ-ın Luizana ştatının Nyu Orlean şəhərində anadan olub. Katolik irland əsilli ailənin ikinci qızıdır. Əsl adı Hovard Allın O’Brindir. Enn adını məktəbdə əsl ismini deməyə utandığından işlətmiş və belə tanınmağa üstünlük verib. Enn Raysın əsərləri qot cərəyanının inkişafına töhfə vermişdir. Nyu Orleanda doğulduğu üçün əsərlərinin çoxunda hadisələr burada baş verir.
Kitablarında üstünlük verdiyi mövzular vampirlər, mumiyalar və küpəgirən qarılardır. Yazıları sado-mazoşist üslubundadır. 1961-ci ildə Stan Rays ilə evlənib və Mişel adında qızları olub. Mişel 1972-ci ildə ağır xəstəlikdən ölüb. “Vampirlə görüş” əsərində Kladio adlı vampir qız həm görünüşə, həm də yaşına görə Mişelə bənzədildiyi irəli sürülür. 1978-ci ildə Kristofer adında oğlu olmuşdur. Romanları əsasında “Vampirlə görüş” və “Lənətlilər kraliçası” filmləri çəkilib. Əvvəl ateist olan Enn Rays uşağını itirəndən sonra katolik məzhəbinə qayıdıb.
Xalidə Gəray
Musavat.com