Ursula von der Leyen Kiyevdədir – FOTO
Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Ukraynaya səfər edib.
BAKU.WS xəbər verir ki, o bu barədə tviter hesabında paylaşım edib.
“Kiyevdə Rusiya müharibəsi başlayandan bəri üçüncü səfərimdir”, – deyə o bildirib.
Avropa Komissiyasının Prezidenti artıq çox şeyin dəyişdiyini, Ukraynanın üzvlüyə namizəd ölkə olduğunu qeyd edib.
O bildirib ki, Prezident Zelenski və Baş nazir Şmıqal ilə iqtisadi əməkdaşlığı və xalqların yaxınlaşmasını müzakirə edəcək.