Ukraynanın bütün ərazisində elektrik verilişi dayandırılıb
Rusiyanın raket zərbələrindən sonra Ukraynanın bütün ərazisində elektrik şəbəkəsində qəza açılması həyata keçirilib.
APA-nın UNİAN-a istinadla xəbərinə görə, bu barədə Ukrenerqo şirkəti məlumat verib. Şirkət bildirir ki, raket hücumu nəticəsində enerji sistemində mürəkkəb, lakin nəzarət ediləbilən vəziyyət yaranıb. Ukraynanın enerji sistemi öz bütövlüyünü qoruyub-saxlayıb və Avropa şəbəkəsi ilə sinxron işləyir.
Təmir briqadaları gecə boyu şəbəkənin bərpası ilə məşğul olacaq.