22 Noyabr 2024

Ukrayna ordusu üstünlük qazanır- Daha bir kənd işğaldan azad olundu

Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətinin Strojevoe kəndini işğaldan azad edib.

Media1.az UNİAN-a istinadən xəbər verir ki,  bu barədə dəniz piyadaları korpusunun 35-ci əlahiddə briqadasından bildirilib.

Qeyd olunub ki, əməliyyat nəticəsində Rusiya ordusunun 50-yə yaxın hərbçisi məhv edilib, 4 nəfər əsir götürülüb.

Xatırladaq ki, Stojevoe 2022-ci ilin martından işğal altında idi.