Ukrayna hərbçiləri mövqelərini tərk edir

Ukrayna hərbçiləri bəzən döyüşçü və sursat çatışmazlığı səbəbindən mövqelərini tərk etməli olurlar.
Media1.az axar.az-a istinadən bildirir ki, bu barədə “Politiko” qəzeti ukraynalı zabitə istinadən məlumat yayıb.
“Bəzən mövqeyi tərk etmək şəxsi heyəti mənasız ölümdən xilas etməyin yeganə yoludur”, – mənbə bildirib.
Həmsöhbət orduda nizam-intizamla bağlı problemlərin olduğunu diqqətə çatdırıb.