Ukrayna bu ölkələrlə təhlükəsizlik sazişi İMZALADI
Kanada və İtaliya Ukrayna ilə ikitərəfli təhlükəsizlik sazişi imzalayıb.
Musavat.com xəbər verir ki, bu barədə “Strana.ua” nəşri məlumat yayıb.
“Zelenski Kanadanın baş naziri Trüdo ilə “Təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında saziş” imzalayıb”, – nəşrin telegram kanalında deyilir.
Sənəd 2024-cü ildə Ukraynaya üç milyard Kanada dollarından çox vəsaitin ayrılmasını nəzərdə tutur.
Trüdo bu sənədi imzalamaq üçün Kiyevə gəlib.
Nəşr eyni zamanda İtaliya ilə də oxşar sənədin imzalandığını yazır.
İtaliyanın baş naziri Corcia Meloni də Ukrayna paytaxtındadır.
Onun sözlərinə görə, Ukrayna Avropanın bir hissəsidir, ona görə də Aİ ölkələri onu qorumaq üçün mümkün olan hər şeyi edir.