Ukrayna Azərbaycana süd məhsullarının ixracını artırıb
Ukrayna Azərbaycana süd məhsullarının ixracını artırıb.
“Report” yerli mətbuata istinadən xəbər verir ki, bu barədə “Ukrayna Aqrar Biznes Klubu” Assosiasiyası məlumat yayıb.
2023-cü ilin fevral ayında 3,8 milyon dollar məbləğində 786 min ton ixrac edilib. Ötən ay ən çox Ukrayna pendiri idxal edən ölkələr Qazaxıstan (59,8%), Moldova (19,7%), İordaniya (5,3%), Azərbaycan (4,7%) olub.
Qeyd edilir ki, Ukrayna ümumilikdə süd məhsullarının ixracını iki dəfə artırıb. Ölkə 2023-cü ildə keçən ilin eyni dövrü ilə müqayisədə 55% çox süd məhsulları ixrac edib. Yanvar-fevral aylarında 16,4 min ton süd məhsulları ixrac olunub.
Təkcə son iki ayda 1,3 min ton məhsul ixrac edilib ki, bu da əvvəlki ilə müqayisədə 49 faiz çoxdur.