Ucarda ana və qızı dəm qazından zəhərləniblər
Ucarda ana və övladı dəm qazından zəhərlənib.
“Unikal” xəbər verir ki, hadisə rayonun Qulabənd kəndində baş verib.
Kənd sakini 1993-cü il təvəllüdlü Səidə Fizuli qızı Əhmədova və övladı 2013-cü il təvəllüdlü Bahar Ayaz qızı Əhmədli yaşadıqları evdə dəm qazından zəhərləniblər.
Ana və övladı dərhal xəstəxanaya çatdırılıblar. Tibbi müdaxilə nəticəsində onların vəziyyəti stabilləşib.