10 Avqust 2025

Üç peşə təhsil müəssisəsinin rəhbər şəxsləri barəsində cinayət-istintaq işi aparılır

Hazırda 3 peşə təhsil müəssisəsinin rəhbər şəxsləri barəsində prokurorluq orqanlarında cinayət-istintaq işi aparılır.

Bu barədə APA-ya Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.

Qeyd edilib ki, cinayət-istintaq işi Peşə Təhsili üzrə Dövlət Agentliyinin təqdimatı əsasında aparılır.