22 Dekabr 2024

Türkmənistan Prezidenti xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib

Bu ilin 21 yanvar tarixində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Türkmənistana səfəri baş tutub.

XİN-in Mətbuat Xidməti idarəsindən Musavat.com-a verilən məlumata görə, səfər çərçivəsində Xəzər dənizində “Dostluq” yatağının hidrogen resurslarının birgə kəşfiyyatı və istismarı üzrə Azərbaycan Respublikası Hökuməti və Türkmənistan Hökuməti arasında Anlaşma Memorandumu hər iki ölkənin xarici işlər nazirləri tərəfindən imzalanıb.

Səfər zamanı Türkmənistan Prezidenti cənab Qurbanqulu Berdiməhəmmədov nazir Ceyhun Bayramovu qəbul edib.

Habelə nazir Ceyhun Bayramovun Türkmənistanın xarici işlər naziri Rəşid Meredov ilə təkbətək, eləcə də nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşləri keçirilib.