Türkiyənin vitse-prezidenti: “Terrora qarşı ən yaxşı mübarizə üsulu keyfiyyətli təhsildir”
“Terrora qarşı ən yaxşı mübarizə üsulu keyfiyyətli təhsildir”.
Musavat.com xəbər verir ki, bu sözləri Türkiyənin vitse-prezidenti Fuat Oktay deyib.
O qeyd edib ki, təhsil adı altında terror təşkilatı üzvlərinin gənclərin və uşaqların beyinlərini zəhərləməsinə imkan verilməyəcək:
“FETÖ, PKK, İŞİD kimi gələcəyimizi zəhərləyən terror təşkilatlarına qarşı ən yaxşı mübarizə keyfiyyətli təhsildir. Biz bunun fərqindəyik”.