Türkiyədə zəlzələ nəticəsində 76 nəfər ölüb, 440 nəfər yaralanıb- YENİLƏNİB, CANLI YAYIM
Türkiyədə Bakı vaxtı ilə saat 07.30-a olan məlumata əsasən 7 şəhərdə zəlzələ nəticəsində 76 nəfər ölüb, 440 nəfər yaralanıb.
Musavat.com xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Türkiyənin Şanlıurfa şəhərində zəlzələ nəticəsində ölənlərin sayı 15-ə çatıb.
Bu barədə şəhərin valisi Salih Ayhan məlumat verib.
Onun sözlərinə görə, yaralananların sayı 30-dur.
07:05
Türkiyənin Şanlıurfa şəhərində zəlzələdən azı 10 nəfərin öldüyü bildirilib.
Rəqəmləri şəhərin valisi Salih Ayhan açıqlayıb.
“İlkin məlumata görə, 16 bina dağılıb. 10 vətəndaş ölüb. Vətəndaşları yolları xilasedicilər üçün boşaltmağa çağırırıq”, – o vurğulayıb.
06:51
Şanlıurfa bələdiyyə başçısı bölgədə 16 binanın çökdüyünü, dağıntılar altında vətəndaşların qaldığını bildirib.
Musavat.com xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.