26 Dekabr 2024

Türkiyədə atom elektrik stansiyasının ilk blokunun istifadəyə veriləcəyi tarix açıqlandı

Türkiyədə inşa olunan Akkuyu AES-in birinci enerji bloku 2025-ci ilin aprelində istifadəyə veriləcək.

Musavat.com xəbər verir ki, bu barədə Akkuyu Nüvə ASC-nin Tikinti və İstehsalat Təşkilatının direktoru Denis Sezemin məlumat verib:

“Hazırda birinci enerji blokunun sistemlərinin işə salınması davam edir, hökumətlərarası sazişə əsasən, biz 2018-ci ilin aprelində başladığımız birinci enerji blokunun tikintisinə 7 il vaxtımız var. Beləliklə, ilk enerji blokunun istismara verilmə tarixi, ehtimal ki, 2025-ci ilin aprelidir. Birinci blokda əsas tikinti-quraşdırma işlərinin böyük hissəsi başa çatdırılıb, bütün avadanlıq və sistemlərin işə salınması davam edir”.

Onun sözlərinə görə, “işlər tam olaraq əvvəllər təsdiq edilmiş qrafikə uyğun aparılır”. O, atom elektrik stansiyasını pazlla müqayisə edərək qeyd edib ki, bu mərhələdə “qalan parçalar bir yerə yığılır”. Onun sözlərinə görə, bütün işlər “Türkiyə Nüvə Tənzimləmə Şurası və digər təşkilatlar tərəfindən ciddi şəkildə yoxlanılır”.

Media1.az