23 Dekabr 2024

“Türkiyə, tək ürək”: Toplanan ianə 115 milyard lirəni keçdi

“Türkiyə, tək ürək” kampaniyasında toplanan ianə 115 milyard lirəni keçib.

Kampaniyaya ölkənin hər yerindən iş adamları, sənətçilər, siyasətçilər, QHT rəsmiləri qatılıb.

Ən çox ianəni Türkiyə Mərkəzi Bankı (30 milyard lirə), “Ziraat Bank” (20 milyard lirə) və “VakıfBank” (12 milyard lirə) edib.

Toplanan yardım Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) və “Kızılay” cəmiyyətinə bağışlanacaq.