Türkiyənin yeni nəsil döyüş təyyarəsinin qiyməti 100 milyon dollar olacaq
Türkiyənin beşinci nəsil döyüş təyyarəsi layihəsi olan MMU (Milli Muharip Uçak) çərçivəsində hər ay iki təyyarə istehsal ediləcək.
Media1.az Ordu.az-a istinadən xəbər verir ki, hu barədə layihəyə rəhbərlik edən TUSAŞ şirkətinin Baş direktoru Temel Kotil “Habertürk” kanalına müsahibəsində deyib.
O qeyd edib ki, təyyarələrdən birinin qiyməti 100 milyon dollar olacaq.
İndiyə qədər 600 milyon dollar dəstək aldıqlarını söyləyən Kotil layihədə 1000-dən artıq mühəndisin işlədiyini vurğulayıb: “100 ingilis mühəndis var. Britaniyadan da bizə dəstək verən şirkətlər var”.