07 Aprel 2025

Tramp Rusiyaya qarşı güclü sanksiyalar ELAN ETDİ

ABŞ prezidenti Donald Tramp atəşkəs və Ukrayna böhranının həlli üçün razılıq əldə olunana qədər Rusiyaya qarşı sanksiyalar və tariflər tətbiq etməyi düşündüyünü bildirib.

Musavat.com TASS-a istinadən xəbər verir ki, bu barədə o, “Truth” sosial səhifəsində yazıb.

“Hazırda Rusiya döyüş meydanında Ukraynanı tamamilə məğlub edir. Atəşkəs və son sülh razılaşması əldə olunana qədər Rusiya əleyhinə geniş miqyaslı bank sanksiyalarını və tarifləri tətbiq etməyi ciddi şəkildə düşünürəm”, – ABŞ prezidenti qeyd edib.