Tərtərdə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Tərtər nümayəndəliyinin təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş görüş keçirilib.
Görüşün qonağı, tarix müəllimi Sərxan Yusifzadə çıxış edərək bildirib ki, 1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub və dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib. Ümummili Lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ölkədə ictimai-siyasi sabitliyin təmin edilməsi istiqamətində atılan əhəmiyyətli addımlar haqqında ətraflı məlumat verib.


