Tərtər gəncləri üçün təlim keçirilib.
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Tərtər nümayəndəliyinin təşkilatçılığı ilə “Anti-bullinq” təlimləri çərçivəsində psixoloq Esmira Hüseynzadə ilə gənclərin görüşü baş tutub.
Təlim zamanı Esmira xanım gənclərə şiddətin həll yolu olmadığı, şiddətin fəsadları, şiddətin insanı cəmiyyətdən uzaqlaşdırılması kimi faktlar əsas gətirilərək onun cəmiyyət üçün yaratdığı fəsadlardan xilas olmağın çıxış yolu izah edib.
Görüşdə həmçinin “Tərtər İlk Peşə İxtisas Məktəbi”nin direktoru Faiq Məmmədov və Tərtər rayon İcra Hakimiyyəti yanında “Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi” üzrə komissiyanın məsul katibi Həsənov Rəvan və Tərtər rayon Polis Şöbəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun baş inspektoru, polis mayoru Ceyhun Əliyev iştirak edib.
Sonda gənclərin sualları cavablandırılıb.