Tərtər gəncləri tullantıları yaradıcılıq məhsullarına çevirdilər

Tərtərli gənclər “Atma yarat” sosial layihəsinin həyata keçirilməsinə start verib.
Layihə çərçivəsində Gənclərin İnkişaf və Karyera Mərkəzi Tərtər nümayəndəliyinin yaradıcı gəncləri istedadlarını nümayiş etdirməklə lazımsız hesab edilən əşyalardan maraqlı əl işləri hazırlayacaqlar.
Gənclər artıq, atılması planlaşdırılan plastik, kağız, parça, taxta və digər materiallardan müxtəlif əl işləri hazırlamağa başlayıblar.





