21 İyun 2025

Təhsildə Keyfiyyət Təminatı Agentliyi məktəb inspektoru axtarır – VAKANSİYA

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) “Məktəblərdə keyfiyyət inspeksiyası” layihəsi çərçivəsində ümumi təhsil müəssisələrində inspeksiyaların həyata keçirilməsi üçün məktəb inspektoru vəzifəsi üzrə vakansiya elan edib.

TKTA-dan “İki sahil”ə verilən məlumata görə, vakansiya üzrə müraciət etmək istəyən namizədlərə verilən tələblər:

-Ali təhsil;

-Sahə üzrə mövcud qanunvericilik, qayda və tənzimləmələr haqqında biliklər;

-Minimum 8 il pedaqoji sahədə iş təcrübəsi (idarəetmə sahəsində iş təcrübəsi arzuolunandır);

-Ümumi təhsil müəssisələrində keyfiyyət qiymətləndirilməsi sahəsində beynəlxalq təcrübəni araşdırma, öyrənmə bacarığı;

-Yüksək səviyyədə Azərbaycan dili biliyi;

-“Microsoft Office” proqramları və internet resurslarından istifadə bacarığı;

-Effektiv şifahi və yazılı peşəkar kommunikasiya bacarığı;

-Analitik, strateji düşünmə və problem həlletmə bacarığı;

-Monitorinq və qiymətləndirmə bacarığı;

-Təşkilatçılıq, komandada işləmə bacarığı;

-Zərurət olduqda, ölkə ərazisi üzrə səyahət etmək imkanı;

-Minimum yaş həddi – 30 yaş.

Vakansiyanın üstünlükləri:

-Dövlət qurumlarında təmsil olunma və dövlət əhəmiyyətli tapşırıqların icrası;

-Yerli və beynəlxalq ekspertlər tərəfindən keçiriləcək təlimlərdə iştirak;

-Özünüinkişaf və karyerada yüksəliş imkanı;

-Yüksək əməkhaqqı.

Vakansiya üzrə seçilən namizədlər tam ştat (bazar ertəsi-cümə, saat 09:00-18:00) və ya xidməti müqavilə əsasında sərbəst qrafiklə işləyəcək.

Namizədlər CV-lərini dekabrın 10-dək TKTA-nın saytında verilən keçid vasitəsilə göndərə bilərlər.