23 Noyabr 2024

“Şuşa İli” çərçivəsində elmi seminar keçiriləcək

İyulun 7-də “Şuşa İli” çərçivəsində növbəti elmi seminar keçiriləcək.

 UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsi və UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək “Şuşanın sosial-iqtisadi dirçəlişinin türk coğrafiyasının birləşməsində strateji əhəmiyyəti” mövzusunda onlayn seminarda bu sahədə tədqiqatlar aparan mütəxəssislər də iştirak edə biləcəklər.

Mövzu ətrafında UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri prof. Şəfa Əliyev, Atatürk Universitetinin professoru Prof. Dr. Kerem Karabulut, UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzinin tədqiqatçısı i.f.d., dosent Mayis Əzizov və Bakı Mühəndislik Universitetinin “Dünya iqtisadiyyatı” kafedrasının dosentı, i.f.d Həzi Eynalov təqdimatla çıxış edəcəklər.

Təşkilatçılar bildirirlər ki, seminara ZOOM platforması üzərindən (https://zoom.us/j/99760603361 (giriş kodu: 911073) linki vasitəsilə qoşulmaq mümkündür.