12 Dekabr 2024

Suriya hökuməti istefa verməyə hazır olduğunu AÇIQLADI

Suriya baş naziri Məhəmməd Qazi Əl-Cəlali, Bəşər Əsədə tabe olan hökumətin istefa verməyə hazır olduğunu açıqlayıb.

Musavat.com xəbər verirki, O, “Al Arabiya” telekanalına verdiyi müsahibədə hazırkı hökumətin müxalifətlə danışıqlar apardığını bildirib.

“Bizdən tələb olunan kimi səlahiyyətlərimizi ötürməyə hazırıq”, – deyə baş nazir qeyd edib.

Suriya müxalifətinin lideri, “Əbu Məhəmməd əl-Culani” ləqəbi ilə tanınan Əhməd əl-Şara da məsələyə münasibət bildirib. Onun sözlərinə görə, baş nazir Əl-Cəlalinin rəhbərlik etdiyi hökumət keçid dövründə ölkənin maraqlarına xidmət edə bilər: “Əl-Cəlali hökuməti keçid dövründə bizə fayda verəcək”.

Bu bəyanatlar Suriyada siyasi keçidə dair müzakirələrin irəliləməsi və mövcud rejimin dəyişdirilməsinə hazırlıq kimi qiymətləndirilir. İstefa prosesi və yeni hökumətin formalaşması Suriyada uzun müddətdir davam edən münaqişənin həlli üçün mühüm addım ola bilər.