22 Oktyabr 2024

Sumqayıtda gecə saatlarında ağaclar kəsilib

Sumqayıt şəhərində gecə saatlarında ağaclar kəsilib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə ötən gecə şəhərin 30-cu məhəlləsində 4/6 saylı binanın yaxınlığında olan ağaclıq olan ərazidə qeydə alınıb. Belə ki, gecə saatlarında naməlum şəxslər ərazidə olan yaş kök üstə, bioloji inkişafda olan 2 ədəd şam və küknar ağacını kəsərək məhv ediblər.