23 Dekabr 2024

STM əməkdaşı: “Ermənilərlə müharibə payızda başlaya bilər”

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, politoloq Əziz Əlibəyli maraqlı bir statusla çıxış edib.

Musavat.com həmin özət-statusu təqdim edir:

“Dünya öz yerində, bəs bizim coğrafiyada nə baş verir?

1. Ermənistan öz qoşunlarını Qarabağdan çıxarmır.

2. Qarabağda qanunsuz qalan terrorçular silahlanırlar və yeni döyüş mövqeləri tikirlər.

3. Rus sülhməramlıları bu prosesləri himayə edir və qoruyur.

4. Ermənistan rəhbərliyi tutuquşu kimi bir il əvvəl Brüsseldə razılaşdırılmış öhdəlikləri qəbul edərək, guya yenidir kimi qələmə verməyə və sülhə razılıq verən tərəf kimi obraz yaratmağa cəhd edir.

5. Azərbaycan Avropa İttifaqına qaz ixracını 2 dəfə artırmaqla Fransanı və erməni lobbisini Avropada oyundankənar vəziyyətə salıb.

6. Böyük bir sürətlə ordu türk ordusu sisteminə (NATO) inteqrasiya edib.

7. Ən müasir silahlar alınıb və yeni və qalib ordu yeni silahlarla təchiz edilib.

8. Erməni tərəfi dayanmadan atəşkəsi pozur və Azərbaycanı preventiv addımlar atmağa məcbur edir.

9. Azərbaycan isə gözləməkdədir, çünki Laçın dəhlizinin – yeni yolun açılması ilə həm ruslar, həm də qanunsuz birləşmələr ciddi təsir imkanlarını itirməklə yanaşı, nəzarət altına da düşəcəklər.

10. Deməli, müharibə başlayası olsa, bu, alternativ yolun (payızın ilk ayları) açılmasından sonrakı reallıqlar əsasında ola bilər.

11. Fransa, Rusiya və ABŞ-ın toqquşan mövqeləri Paşinyanı əsl manipulyatora çevirib. Bir açıqlaması ilə digəri tutuşmur”.

Media1.az