22 Dekabr 2024

Sosial təminat hüququna dair QHT Ağdamda maarifləndirmə tədbiri təşkil edilib

Milli Dəyərlərin qorunmasına Ziyalıların dəstəyi – İctimai Birliyi Ağdamın Quzanlı qəsəbəsində tədbir təşkil edib.

Fevralın 27-də Azərbaycan Respublikasının QHT-ə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində “Milli Dəyərlərin Qorunmasına Ziyalıların Dəstəyi” İctimai Birliyinin “Vətən müharibəsi iştirakçıları ,şəhid ailəsi üzvləri və müharibədən zərər çəkmiş şəxslərə Sosial təminat hüququ sahəsində dəstəyin verilməsi adlı tədbir keçirilib.

Tədbir Ağdamın Quzanli qəsəbəsində köçkün mədəniyyət mərkəzində təşkil edilib.

Layihənin rəhbəri Aydın Zeynalov , layihənin məqsəd və məzmunu haqqında məlumat verib. Bildirib ki, layihənin əsas məqsədi, vətən müharibəsi və şəhid ailələrinin hüquqi problemlərinin dairəsənin müəyyən olunması və mövcud problemlərin həllinə hüquqi dəstəyin verilməsindən ibarətdir.Layihənin təlimçisi, Azərbaycan Respublikası Vəkillər kollegiyasının üzvü, vəkil Araz Nurməmmədov , qazi və teteranlarımızı dinləyərək , onların suallarına cavab verib. İştirakçıları sualları dinlənilib, lazımı qeydiyyatını aparılıb. Aidiyyatı üzrə müraciətlər cavablandırıllıb. İştirakçılara faydalı məsləhətlər verilib.

Tədbirdə Ağdam RİH-in əməkdaşları,ictimaiyyətin nümayəndələri, “Qarabağ Müharibəsi Əlilləri,Veteranları və Şəhid Ailələri”Ictimai Birliyinin Ağdam şöbəsinin sədri Baxşeyiş Hətəmov iştirak edib.