12 Mart 2025

SON DƏQİQƏ: Ciddədə Ukrayna-ABŞ danışıqları BAŞLADI

Səudiyyə Ərəbistanının Ciddə şəhərində Ukrayna və ABŞ nümayəndə heyətləri arasında danışıqlar başlayıb.

Musavat.com xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb.

Ukrayna tərəfini görüşdə Zelenskinin ofisinin rəhbəri Andrey Yermak, xarici işlər naziri Andrey Sibiga və müdafiə naziri Rüstəm Ümerov təmsil edir. ABŞ nümayəndə heyətinin başında isə dövlət katibi Marko Rubio və ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts durur.

Əvvəlcə ABŞ rəsmiləri bildirib ki, danışıqların əsas mövzularından biri Kiyevin Rusiya ilə münaqişənin sülh yolu ilə həllinə dair atacağı addımlar olacaq.

12:34

***

ABŞ Dövlət Departamenti Ukrayna və ABŞ nümayəndə heyətlərinin Ciddədə görüş vaxtını açıqlayıb.

Musavat.com xəbər verir ki, ABŞ və Ukrayna nümayəndə heyətləri görüşə yerli vaxtla saat 12:00-da başlayacaq.

Məlumata görə, ABŞ-ın dövlət katibi Marko Rubio və prezidentin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak, xarici işlər naziri Andrey Sibiga və müdafiə naziri Rüstəm Ümerov ilə görüşəcək.